Qətər İranla enerji razılaşması barədə məlumatları saxta adlandırıb

2026/02/1772275726.jpg
Oxunub: 203     20:34     12 İyun 2026    
Qətər "The Washington Post" (WP) qəzetinin Dohanın enerji sahəsində qərarlarını guya İranla razılaşdırması barədə dərc etdiyi məlumatı təkzib edərək materialda yer alan iddiaları saxta və əsassız adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Bürosunun bəyanatında bildirilib.

Qurum vurğulayıb ki, enerji daşıyıcılarının istehsalı və tədarükünə dair qərarlar heç vaxt İranla razılaşdırılmış şəkildə qəbul edilməyib və Tehranın maraqlarının irəli sürülməsi və ya regiondakı vəziyyətə təsir göstərilməsi ilə bağlı məqsədlər güdməyib.

"Bu cür iddiaların hamısı tamamilə əsassızdır", - bəyanatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   İran  


Bizi "telegram"da izləyin