Rubio ABŞ ilə Rusiya arasında daha konstruktiv münasibətlərin qurulacağına ümid etdiyini bildirib

2026/06/1780424270.jpg
Oxunub: 173     20:37     12 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio Rusiya Günü münasibətilə təbrik mesajı yayımlayıb.

Ordu.az xəbər verir ki, təbrik mesajında ABŞ-nin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasına sadiq qaldığı vurğulanıb.

“Amerika Birləşmiş Ştatları adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edirəm. ABŞ əvvəlki kimi Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinin irəlilədilməsinə sadiqdir. Biz ümid etməyə davam edirik ki, davamlı sülh Rusiya xalqı üçün daha firavan gələcəyə və iki ölkə arasında daha konstruktiv münasibətlərin qurulmasına yol açacaq”, - deyə ABŞ dövlət katibinin təbrik mesajında bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin