İsrail ordusu xristian kəndlərinə gedən yardım karvanının qarşısını alıb

2026/03/1774694412.jpg
Oxunub: 195     19:41     12 İyun 2026    
Vatikanın Livandakı səfiri tərəfindən təşkil edilən və Livanın cənubundakı xristian kəndlərinə gedən yardım karvanı İsrail hərbçiləri tərəfindən dayandırılıb və istiqamətini dəyişməyə məcbur edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sərhəd yaxınlığındakı xristianların yaşadığı bir sıra kəndlər İsrail və Hizbullah arasında döyüşlərin əhatəsində qalsa da, bir çox sakin oranı tərk etməkdən imtina edib.

Karvanın bir üzvü bildirib ki, Debl kəndinə yaxınlaşarkən karvanı saxlayan bir neçə İsrail tankı ilə üz-üzə gəldik.

“Arxa mövqelərə doğru müəyyən edə bilmədiyimiz bir neçə tank və pulemyot atəşi oldu, bu da panikaya səbəb oldu”, - deyə o əlavə edib.

İsrail ordusu və Vatikan hadisə ilə bağlı şrəh verməyib.

Qeyd edək ki, sözügedən marşrut 2024-cü ildə İsrail-Hizbullah münaqişəsinə son qoymağa çalışan atəşkəsi izləmək üçün yaradılan beynəlxalq komitə vasitəsilə BMT sülhməramlıları ilə əlaqələndirilib.

Karvan bir saatdan çox dayandıqdan sonra 12 saatdan sonra təyinat yerinə çatmaq üçün daha uzun bir yol qət etməli olub.

Kəndlərində qalmağı seçən insanlar ölkənin qalan hissəsindən tamamilə təcrid olunublar. Onların əksəriyyəti fermer olduğu üçün resurslardan məhrumdurlar. Onların tarlalarına çıxışı yoxdur. İsrail ordusu onlara əraziləri boşalmaq barədə xəbərdarlıq edib.

Livanın cənubundakı xristian sərhəd kəndləri assosiasiyası hakimiyyət orqanlarını dərhal təhlükəsiz humanitar və tibbi dəhlizlər açmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin