Eştok: "Slovakiya Azərbaycanla energetika və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlıdır"

2026/06/1781272708.jpg
Oxunub: 156     17:33     12 İyun 2026    
Slovakiya Azərbaycanla ikitərəfli əməkdaşlığın, xüsuslə energetika və nəqliyyat sahələrində əlaqələrin inkişafında maraqlıdır.

Ordu.az-ın məlumatına görə, bunu Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin Avropa İttifaqı məsələləri üzrə dövlət katibi Marek Eştok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.

Diplomat məhsuldar görüşə görə Bayramova minnətdarlığını bildirib, ötən ilin dekabrında Bratislavada aparılmış ilk danışıqların və konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib.

O, həmçinin Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə ümumi sadiqliyi müzakirə etmək imkanını yüksək qiymətləndirib.

"Biz növbəti yüksək səviyyəli səfərlərə hazırlaşırıq. Nəqliyyat, biznes, intellektual həllər, energetika, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün qapılar tamamilə açıqdır", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Slovakiya   Azərbaycan  


Bizi "telegram"da izləyin