Paşinyanın müavini: “Ümid edirik ki, mövcud fikir ayrılıqları açıq dialoq sayəsində aradan qaldırılacaq”

2026/06/1781289301.jpg
Oxunub: 190     22:33     12 İyun 2026    
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Rusiya Günü münasibətilə təşkil olunan tədbirdə iştirak edib və təbrik nitqi ilə çıxış edib.

Ordu.az xəbər verir ki, Qriqoryan çıxışında Ermənistan ilə Rusiya arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb.

“Bu əlamətdar gündə Rusiya Federasiyasına sülh, rifah və inkişaf yolunda uğurlar, bütün Rusiya vətəndaşlarına isə xoşbəxtlik, firavanlıq və sabaha inam arzulayırıq.

Ümid edirik ki, mövcud məsələlər və fikir ayrılıqları açıq dialoq sayəsində aradan qaldırılacaq, Ermənistan ilə Rusiya arasındakı münasibətlər bundan sonra da qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və mehriban qonşuluq ruhunda inkişaf edəcək və dövlətlərimizin, xalqlarımızın rifahına xidmət edəcək”, - deyə Qriqoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin