Ərdoğan Paşinyanı təbrik edib

2025/06/1750761007.jpg
Oxunub: 265     15:43     11 İyun 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik məktubu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Təbrik məktubunda Ərdoğan öz adından və Türkiyə xalqı adından Paşinyanı 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində rəhbərlik etdiyi partiyanın qazandığı uğur münasibətilə təbrik edib.

Türkiyə Prezidenti Paşinyana üçüncü dəfə hökumət formalaşdırmaq işində uğurlar arzulayıb.

Ərdoğan bildirib ki, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, eləcə də bunun üçün zəruri əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı Paşinyanın strateji baxışının uğurla həyata keçəcəyinə tam əmindir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Paşinyan  


Bizi "telegram"da izləyin