Pakistanın Baş naziri Paşinyanı təbrik edib

2026/06/1781180747.jpg
Oxunub: 183     16:26     11 İyun 2026    
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ermənistanın baş naziri Nikol Paşinyana parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik məktubu göndərib.

Ordu.az xəbər verir ki, təbrik məktubunda Pakistan hökuməti və xalqı adından Paşinyana səmimi təbriklər çatdırılıb.

Şahbaz Şərif bildirib ki, Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Paşinyanla əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

Pakistanın Baş naziri həmçinin vurğulayıb ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük önəm verir.

Məktubda yeni hökumət dövrünün Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verəcəyinə ümid ifadə olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Ermənistan  


Bizi "telegram"da izləyin