Erməni səfir Yunanıstanın Şərqi Makedoniya və Trakiya bölgəsinin qubernatoruna TRIPP layihəsini təqdim edib

2026/06/1781077657.jpg
Oxunub: 230     11:41     10 İyun 2026    
Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstanın Şərqi Makedoniya və Trakiya bölgəsinin qubernatoru Xristodulos Topsidislə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Yunanıstandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı regionlararası əməkdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

“Səfir Mkrtçyan Ermənistan və Yunanıstan regionları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, xüsusilə Şirak vilayəti ilə Şərqi Makedoniya və Trakiya arasında mümkün tərəfdaşlıq perspektivlərinə diqqət çəkib.

O, Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsü və TRIPP layihəsi (hər ikisi Zəngəzur dəhlizi-red.) barədə məlumat verərək regional kommunikasiyaların açılması və yeni iqtisadi imkanların formalaşdırılması məsələlərinə toxunub. Tərəflər həmçinin Ermənistan məhsullarının Avropa bazarlarına ixracı və bu prosesdə Yunanıstan infrastrukturunun mümkün rolu ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yunanıstan  


Bizi "telegram"da izləyin