Ordu.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-də hazırlanan qanun layihəsi İsraillə müdafiə və kəşfiyyat sahələrində informasiya mübadiləsini ciddi şəkildə genişləndirəcək.
Nəşr qeyd edir ki, bu addım müəyyən mənada ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyanı birləşdirən “Five Eyes” kəşfiyyat alyansının mövcud mexanizmlərini kölgədə qoya bilər.
Qanun layihəsinin müddəalarından biri ABŞ və İsrail xüsusi xidmət orqanları arasında mövcud olan sıx əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutur. Bu, İsrailə ABŞ kəşfiyyat icmasının ən məxfi məlumatlarına çıxış imkanı verə bilər.
Bildirilib ki, ABŞ “Five Eyes” alyansının üzvü olduğundan İsrail dolayısı ilə digər üzv ölkələrin kəşfiyyat məlumatlarından da faydalana biləcək.
“The Independent” yazır ki, nəticədə ABŞ və onun müttəfiqləri tərəfindən toplanan mühüm kəşfiyyat məlumatları İsrail xüsusi xidmət orqanlarının istifadəsinə veriləcək.
Sevinc Əliyeva
Ordu.az