Ordu.az xəbər verir ki, bunu Qazaxıstanın "Freedom Holding" şirkətinin nümayəndəsi Ruslan Vdoviçenko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, süni intellektin biznes proseslərində geniş tətbiqi ekspertlərin rolunun dəyərsizləşməsi riski yaradır: "Son vaxtlar şirkət rəhbərləri maliyyə və hüquqi sənədləri süni intellekt sistemlərinə yükləyərək sürətli təhlillər əldə edir, hətta sənədlərdəki səhvlərin aşkarlanmasını da bu sistemlərə həvalə edirlər. Problem süni intellektin səhv tapmasında deyil, həmin nəticələrin peşəkar ekspertizadan üstün tutulmasındadır. Şirkət sahibi süni intellektin aşkar etdiyi səhvə görə hüquqşünasları və yaxud maliyyəçiləri tənqid edir. Bu isə insan ekspertizasının dəyərinin azalmasına gətirib çıxarır. Süni intellekt istifadəçiyə etiraz etmir, onun fikirlərini sorğulamır və bu, müəyyən mənada insanlarda həddindən artıq özünəinam yaradır".
Ordu.az