Ordu.az xəbər verir ki, bunu “İzvestiya” nəşrinə müsahibəsində Lüksemburqdan seçilmiş Avropa Parlamentinin deputatı Fernan Karthayzer deyib.
Onun sözlərinə görə, Avropa İttifaqında Ermənistana müsbət münasibət mövcuddur və İrəvanla qurum arasında əlaqələr getdikcə dərinləşir.
Bununla belə, avroparlamentari qeyd edib ki, üzvlük məsələsi hələ də əsasən ehtimal səviyyəsində qalır.
“Ermənistanın coğrafi mövqeyini və qonşularından ən azı biri ilə mürəkkəb münasibətlərini nəzərə alsaq, belə namizədlik bir çox suallar doğurur. Son illərdə Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər sabit şəkildə yaxşılaşsa da, ölkənin 2030-cu ilə qədər üzvlüyü az ehtimallı görünür”, - deyə Karthayzer bildirib.
O vurğulayıb ki, əməkdaşlıqda müsbət dinamika müşahidə olunsa da, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzv olması üçün real zəmin hələ kifayət qədər formalaşmayıb.
Alpər Mövludoğlu
Ordu.az