Ordu.az xəbər verir ki, bu barədə “The Straits Times” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə ABŞ Prezidenti Donald Trampın qüvvədə olan kövrək atəşkəs rejiminin uzadılması ilə bağlı mümkün razılaşmanı nəzərdən keçirdiyi dövrdə baş verib.
Adının açıqlanmasını istəməyən mənbənin bildirdiyinə görə, Küveytin hava hücumundan müdafiə sistemləri “Fateh-110” ballistik raketini vurub. Lakin raketin qalıqları “Əli Əl-Səlim” aviabazasının ərazisinə düşüb.
Nəticədə podratçı işçilər və hərbi qulluqçular daxil olmaqla təxminən beş nəfər yüngül xəsarət alıb. Bir MQ-9 “Reaper” pilotsuz uçuş aparatı tamamilə məhv edilib, ən azı daha biri isə ciddi zədələnib.
Məlumata görə, hər bir MQ-9 “Reaper” pilotsuz uçuş aparatının dəyəri təxminən 30 milyon dollar təşkil edir.
ABŞ Mərkəzi Komandanlığı hadisə ilə bağlı sorğuya hələlik cavab verməyib. Bildirilir ki, zərbə tərəflər arasında aprel ayından qüvvədə olan kövrək atəşkəs rejiminə baxmayaraq həyata keçirilib.
Hər iki tərəf həmin müddətdə müxtəlif hücumlar həyata keçirməkdə davam edib.
Donald Tramp mayın 29-da sosial şəbəkədə paylaşım edərək ilkin razılaşma ilə bağlı “yekun qərar verməyə hazır olduğunu” bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az