"ABŞ ilə müttəfiq olaraq qalırıq" - Votren

2026/05/1780118156.jpg
Oxunub: 436     09:08     30 May 2026    
Fransa və ABŞ İran ətrafındakı vəziyyət də daxil olmaqla, fikir ayrılıqlarına baxmayaraq, NATO daxilində də müttəfiq olaraq qalırlar.

Ordu.az xəbər verir ki, bunu Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunun plenar iclasında çıxış edən Fransa Silahlı Qüvvələri naziri Ketrin Votren bildirib.

"Əlbəttə ki, biz müttəfiqik. Biz həmişə fikir ayrılıqları ilə qarşılaşırıq, amma müttəfiq olaraq qalırıq", - deyə o, qeyd edib.

Votrin Fransanın Yaxın Şərqdəki siyasətinin hücum deyil, müdafiə olduğunu bir daha təkrarlayıb. Eyni zamanda, Fransa müdafiə naziri vəd edib ki, NATO daxilində ABŞ ilə münasibətlər iyul ayında keçiriləcək alyansın qarşıdan gələn sammitində ətraflı müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fransa   Votren  


Bizi "telegram"da izləyin