Avrasiya İqtisadi Forumu çərçivəsində Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryana, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstan prezidentlərinə, eləcə də nümayəndə heyətlərinin rəhbərlərinə qabaqcıl texnoloji və rəqəmsal həllərin sərgisi təqdim olunub.
Ordu.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qonaqlara həmçinin “Alem.ai” beynəlxalq süni zəka mərkəzinin imkanları nümayiş etdirilib. Yüksək səviyyəli qonaqlar süni zəka muzeyinin ekspozisiyası və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin pavilyonları ilə tanış olublar.
Qazaxıstan tərəfi rəqəmsallaşdırma və süni zəka sahəsində əsas təşəbbüslərini təqdim edib. Bunlar arasında “Astana Smart City”, “Alem GPT”, “Smart Data Finance”, “Smart Cargo+Keden” və digər layihələrin olduğu bildirilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Qriqoryan