Gürcüstanın Baş naziri: “Hakimiyyət çevrilişi cəhdinin qarşısını heç kim zərər görmədən ala bildik”

2026/05/1779989243.jpg
Oxunub: 358     21:25     28 May 2026    
“Kadr dəyişiklikləri və qəbul edilən digər tədbirlər sayəsində çox ağır sistemli zorakılığa baxmayaraq, hakimiyyət çevrilişinin növbəti cəhdinə elə müqavimət göstərə bildik ki, heç kimin bir tükü belə zədələnmədi”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Kobaxidzenin sözlərinə görə, hökumət gələcəkdə də eyni fəaliyyət prinsipini davam etdirəcək.

“Biz fəaliyyət üslubumuzu maksimum dərəcədə qoruyuruq. Buna görə də mühüm dəyişikliklər həyata keçirildi, o cümlədən Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri aparıldı. Bu da bizim fəaliyyət üslubumuza necə diqqətlə yanaşdığımızın göstəricisidir”, - deyə Baş nazir bildirib.

O qeyd edib ki, zorakılıq halları ilə bağlı konkret tədbirlər də görülüb.

“Bu, bizim yanaşmamızdır. Həmçinin oktyabrın 4-nü xatırlatmaq istəyirəm. Məhz kadr dəyişiklikləri və digər tədbirlər sayəsində ağır sistemli zorakılığa baxmayaraq, hakimiyyət çevrilişinin növbəti cəhdinə elə müqavimət göstərə bildik ki, heç kimin bir tükü belə zədələnmədi. Oktyabrın 4-ü məhz bizim fəaliyyət üslubumuzun nümayişi idi və gələcəkdə də bu üslubla fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Kobaxidze vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Kobaxidze  


Bizi "telegram"da izləyin