Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, ədalətsizlik nəticəsində pozulan münasibətlər ədalətli yanaşma ilə düzələ bilər.
“Görək, ümid edirik ki, müvafiq addımlar atılacaq. Biz Gürcüstan və Ukrayna arasında münasibətlərin yenidən qurulmasına tam hazırıq. Ölkələr arasında münasibətlərin yenilənməsinə ehtiyac yoxdur, söhbət hakimiyyətlər arasında münasibətlərin yenidən qurulmasından gedir”, - deyə Kobaxidze qeyd edib.
Sevinc Əliyeva
Ordu.az