28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO+FOTOLAR

2026/05/photo-16019830665.jpg
Oxunub: 447     19:09     28 May 2026    
Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində 28 May - Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyini dünyaya bəyan etmiş cümhuriyyətimiz cəmi 23 ay mövcud olmasına baxmayaraq, müsəlman şərqində ilk parlamentli respublika kimi demokratik idarəetmə quruluşuna malik olub, qadınlara seçki hüququ verilib, milli ordu, təhsil və məhkəmə sistemi yaradılıb, dövlət atributları formalaşdırılıb, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla bərabər, xalqımızın azadlıq iradəsinin parlaq təcəssümünə çevrilib.

Tədbirlərdə 1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınıb, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışılıb.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, sərhədlərimizin etibarlı mühafizəsi və müdafiəsi istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdən bəhs olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının tarixi əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.

Tədbirlərin sonunda Müstəqillik Gününə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.









Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müstəqillik-Günü   Azərbaycan   DSX  


Bizi "telegram"da izləyin