Rusiya XİN: Moskva ümid edir ki, İrəvan praqmatizm və müdriklik yolunu seçəcək

2026/05/1779979987.jpg
Oxunub: 345     18:51     28 May 2026    
“Moskva ümid edir ki, İrəvan praqmatizmə üstünlük verəcək və sağlam düşüncə xarici maraqlara qalib gələcək”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

“Biz gözləyirik ki, İrəvan nəticə etibarilə praqmatizm yolunu seçəcək. Bu, başqa ölkələri sevməkdən deyil, özünü sevməkdən ibarətdir. Ümid edirik ki, məhz bu praqmatizm və uzaqgörənlik emosiyalar və xarici maraqlar üzərində üstün gələcək”, - deyə Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaxarova   İrəvan  


Bizi "telegram"da izləyin