Pakistanda qatarda baş verən partlayışda ölənlərin sayı 50-yə yaxınlaşıb

2026/05/1779706193.jpg
Oxunub: 385     14:29     25 May 2026    
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində sərnişin qatarına kamikadze tərəfindən edilən hücum nəticəsində qurbanların sayı 47 nəfərə çatıb, onlardan 20-si hərbçi olub.

Ordu.az xəbər verir ki, "Sinxua" bu barədə xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Həmçinin bildirilib ki, daha 98 nəfər yaralanıb.

Xatırladaq ki, hadisə dəmir yolunun Çaman Phatak rayonundan keçən hissəsində qeydə alınıb. Sərnişinlər Qurban bayramını qeyd etməyə yollanırdılar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Qatar   Partlayış  


Bizi "telegram"da izləyin