Ordu.az xəbər verir ki, atış xəttlərindəki şəxsi heyətin SARSILMAZ istehsalı olan və qlobal bazarda uğur qazanan SAR9 SP tapançaları ilə məşq etdiyi müşahidə olunub.
Məlumata görə, SAR9 SP Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının tələblərinə uyğun hazırlanaraq Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan SAR9 seriyasının üstün xüsusiyyətlərini daşıyır.
Tapança polimer gövdə və ərintili döyülmüş polad lülə ilə təhlükəsiz və praktik istifadə təmin edir. SAR9 SP-də iynə və tətik təhlükəsizliyi ilə yanaşı yüksək sabit nişangah və arpacıq da mövcuddur.
Bundan əlavə, səsboğucu qoşulması, daraq bələdçisi və kordon halqası kimi inkişaf imkanları da təqdim olunur. Təhlükəsizlik standartları üzrə ən yüksək səviyyədə sınaqdan keçirilən SAR9 SP iynə təhlükəsizliyi, tətik təhlükəsizliyi və düşmə təhlükəsizliyi kimi inkişaf etmiş passiv qorunma mexanizmlərinə malikdir.
Bu sistemlər silahın zərbə alması və ya yerə düşməsi halında təsadüfi atəşi tamamilə önləyir. Eyni zamanda, təcili vəziyyətdə əlavə kilid mexanizminə vaxt itirmədən birbaşa tətiklə atış etməyə imkan verir. Taktiki tapşırıqlarda çeviklik və fərdiləşdirmə təmin edən SAR9 SP istifadəçinin əl anatomiyasına tam uyğun şəkildə hazırlanıb.
Tapança qutu tərkibində gələn dəyişdirilə bilən 3 fərqli ölçüdə arxa dayaq və yan qapaqlar sayəsində hər şəxsin tutma erqonomikasını maksimum səviyyəyə çıxarır. Bundan başqa, lülənin altında yerləşən inteqrasiya edilmiş “Picatinny” aksesuar kronşteyni taktiki fənər və ya lazer işarələyici kimi tapşırıq avadanlıqlarının sürətli quraşdırılmasını asanlaşdırır.
Gövdə üzərində yerləşən daraq bələdçisi sürətli daraq dəyişimini mümkün edir, qapaq üzərindəki soyutma kanalları isə ardıcıl atəşlərdə isinməni minimuma endirərək performansı qoruyur.
Sevinc Əliyeva
Ordu.az