Ordu.az xəbər verir ki, proqram üçün təxminən 2,66 milyard dollar həcmində büdcə tələbi irəli sürülüb.
Məlumata görə, ABŞ Müharibə Nazirliyi yüksək sursat daşıma qabiliyyətinə malik döyüş təyyarələrini gələcək yüksək intensivlikli münaqişələr üçün kritik hesab etməyə davam edir.
ABŞ Hərbi Hava Qüvvələrinin açıqladığı sənədlərə əsasən, F-15EX istehsal xəttinin ən azı 2031-ci ilə qədər açıq saxlanılması planlaşdırılır. Proqramın əsas məqsədlərindən biri xidmət müddətinin sonuna yaxınlaşan F-15C/D döyüş təyyarələrinin sürətli şəkildə əvəz olunmasıdır.
1980-ci illərdə istismara verilən köhnə F-15 platformalarının struktur yorğunluğu, yüksək texniki xidmət xərcləri və aşağı əməliyyat hazırlıq səviyyəsi səbəbindən ciddi təzyiq altında olduğu bildirilir.
F-15EX xüsusilə yüksək sursat daşıma qabiliyyəti ilə diqqət çəkir. Təyyarənin eyni anda 13-dən çox “hava-hava” raketi daşıya bilməsi, hipersəs sursatlarına uyğunlaşdırılması, uzaqmənzilli silahlarla fəaliyyət göstərə bilməsi və uzun müddət havada qalması səbəbindən “raket yük maşını” konsepsiyasında istifadə olunacağı qeyd edilir.
ABŞ mənbələri F-15EX-in xüsusilə Sakit okean bölgəsində mümkün yüksək intensivlikli qarşıdurmalarda F-35 “Lightning II” kimi görünməz döyüş təyyarələrinə dəstək verən ağır silah platforması kimi fəaliyyət göstərəcəyini bildirir.
“Boeing” tərəfindən hazırlanan F-15EX platformasında AN/APG-82(V)1 AESA radarı, EPAWSS radioelektron mübarizə sistemi, rəqəmsal kokpit infrastrukturu, fly-by-wire uçuş idarəetmə sistemi və açıq arxitekturalı missiya kompüteri yer alır.
ABŞ Müharibə Nazirliyi F-15EX proqramının F-35A parkına alternativ deyil, tamamlayıcı element kimi nəzərdə tutulduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az