" F-15EX " sözünə uyğun nəticə tapıldı!

"F-15EX" - (2 )

ABŞ HHQ-dən məyus “Lockheed” F-35-in xarici satışına ümid edir

2019/04/D3txl-1556090712.jpg
Oxunub: 993     12:24     24 Aprel 2019    
ABŞ Hərbi Hava Qüvvələrinin F-35 təyyarələrinin satın alınması ilə bağlı müəyyən etdiyi sayı artırmağa razı olmamasından məyus olan “Lockheed Martin” bu təyyarələrə Şərqi Avropa və Asiyada marağın artmasına ümid edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kompaniyanın sözügedən proqram üzrə rəsmisi Ken Possenrid danışıb.

“Bizim üçün əsas məyusedici tərəf ABŞ HHQ-dir. Biz müştərilərimiz və hökumət nümayəndələri ilə çalışmalara davam edəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, 2020-ci maliyyə ili üçün ABŞ HHQ-nin rəsmiləri 48 ədəd F-35 təyyarəsi alacaqlarını və bu tempin 2024-cü ilə qədər saxlanacağını bildiriblər. Büdcədə həm də 8 yeni F-15EX təyyarəsinə də ehtiyac olduğu göstərilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed   F-35