Ordu.az xəbər verir ki, Rubio bu barədə Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, “ya yaxşı razılaşma əldə olunacaq, ya da məsələ başqa üsulla həll ediləcək”.
Bundan əvvəl “Fox News” telekanalı ABŞ və İran arasında çərçivə sazişinin “95 faiz hazır olduğunu” bildirmişdi.
Məlumata görə, tərəflər hələ də Hörmüz boğazı və Tehranın nüvə materialları ehtiyatı ilə bağlı bəzi ifadələr üzərində müzakirələri davam etdirirlər.
Sevinc Əliyeva
Ordu.az