ABŞ müttəfiqinə silah satışını dayandırıb

2026/05/1779177865.jpg
Oxunub: 371     10:28     25 May 2026    
ABŞ Tayvana silah satışını dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” (WP) öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsini icra edən i Hun Tsao Senata bildirib ki, Tayvana hərbi satışlar ABŞ-nin İrandakı əməliyyatı üçün tədarükləri qorumaq məqsədilə müvəqqəti olaraq dayandırılıb.

O əlavə edib ki, silah tədarükləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının bunu zəruri hesab etdiyi vaxtda bərpa olunacaq.

Xatırladaq ki, ötən həftə Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Tramp arasında keçirilən görüş zamanı Pekin Tayvana silah satışından narazılığını ifadə edib. Çin rəsmilərinin və amerikalı diplomatın sözlərinə görə, Çin tərəfi ABŞ-li həmkarlarına qeyri-rəsmi şəkildə tədarüklərin təxirə salınmasına və həcminin azaldılmasına üstünlük verdiyini çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah  


Bizi "telegram"da izləyin