Ordu.az Yaxın Şərqdə mayın 25-i səhər saatlarına olan əsas hadisələri təqdim edir.
Eyni zamanda İsrail elan edilən atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməyə davam edir ki, bu da atəşkəs rejiminin faktiki olaraq pozulduğunu göstərir. Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və daha ciddi gərginlik riskləri davam edir.
ABŞ və İran çərçivə sazişinin 95%-ni razılaşdırıb, lakin tərəflər Tehranın nüvə arsenalı və Hörmüz boğazına nəzarətlə bağlı formulirovkaları müzakirə etməyə davam edir. Bu barədə “Fox News” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.
“The New York Times” qəzetinin yazdığına görə, Vaşinqton və Tehran Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı prinsipial razılığa gəlib. Nəşr amerikalı rəsmiyə istinadən bildirib ki, razılaşma boğazın fəaliyyətinin yenidən təmin olunmasını nəzərdə tutur.
Təxminən 2 milyon barel İraq neftini Çinə daşıyan supertanker ABŞ-nin dəniz blokadasını keçərək Ərəb dənizinə çıxıb. Bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
“Tasnim” agentliyinin məlumatına görə, Tehran ABŞ ilə danışıqlar zamanı vasitəçilər üzərindən bildirib ki, İranın dondurulmuş aktivlərinin bir hissəsi ilkin mərhələdə azad edilmədən tərəflər arasında razılaşma əldə olunmayacaq.
Sevinc Əliyeva
Ordu.az