Ordu.az xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə "INSA" sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin yalnız 17%-i Bundesverin ölkəni müdafiə etmək üçün kifayət qədər qabiliyyətli olduğuna inanır. Sorğuda iştirak edənlərin 72%-i əks fikirdə olub, digər 11%-i isə qərarsız qalıb.
Eyni zamanda, almanların yalnız 35%-i ABŞ-ın hərbi dəstəyinə güvənir, 43%-i isə Almaniyaya hücum halında amerikalıların bunu təmin etməyəcəyinə inanır. Sorğu həmçinin müəyyən edib ki, almanların əksəriyyəti - 50%-i - Rusiyanın Almaniyaya hücum edəcəyinə inanmır. Otuz səkkiz faizi bundan narahat olduqlarını, daha 12%-i isə qərarsız olduqlarını bildirib.
1005 nəfərin iştirak etdiyi sorğu 21-22 may tarixlərində aparılıb.
Ordu.az