Tramp Fars körfəzi ölkələrinin liderləri ilə telefon konfransı keçirəcək

2026/05/1779563744.jpg
Oxunub: 370     23:02     23 May 2026    
ABŞ Prezidenti Donald Tramp şənbə günü günorta saatlarında Fars körfəzi ölkələrinin və digər dövlətlərin liderləri ilə telefon konfransı keçirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” üç mənbəyə istinadən məlumat yayıb.

Məsələ ilə tanış olan ABŞ rəsmilərinin sözlərinə görə, telefon danışığı İranla aparılan danışıqlara həsr olunacaq.

Mənbələr daha əvvəl “CBS News”a bildiriblər ki, Tramp hazırda təklifləri nəzərdən keçirir və hələ yekun qərar verməyib.

Regiondakı rəsmi mənbə isə “CBS News”a açıqlamasında qeyd edib ki, bəzi liderlər ABŞ Prezidentinin hansı variantı seçməyə meylli olduğunu bilmirlər.

Tramp bundan əvvəl “CBS News”a bildirib ki, əgər ABŞ və İran razılığa gəlməsələr, “heç bir ölkənin indiyədək qarşılaşmadığı qədər ağır nəticələrlə üzləşəcəklər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Körfəz  


Bizi "telegram"da izləyin