ABŞ səfirliyi Ukraynada mümkün güclü hücumla bağlı xəbərdarlıq edib

2026/05/1779559174.jpg
Oxunub: 567     21:57     23 May 2026    
ABŞ-nin Kiyevdəki səfirliyi yaxın 24 saat ərzində Ukraynaya mümkün ciddi hava hücumu təhlükəsi barədə məlumat aldıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, mümkün hücum istənilən vaxt baş verə bilər.

Səfirlik ABŞ vətəndaşlarına hava həyəcanı siqnalı verilən kimi dərhal sığınacaqlara keçməyə hazır olmağı tövsiyə edib.

Bundan əlavə, vətəndaşlara əvvəlcədən təhlükəsiz sığınacaq yerlərini müəyyənləşdirmək, mobil telefonlara hava həyəcanı tətbiqləri yükləmək, yerli media vasitəsilə xəbərləri izləmək və planlarını dəyişməyə hazır olmaq tövsiyə olunub.

Səfirlik həmçinin su, ərzaq və dərman ehtiyatı toplamağın vacibliyini vurğulayıb. Açıqlamada fövqəladə vəziyyət zamanı Ukrayna hakimiyyət orqanlarının və xilasetmə xidmətlərinin göstərişlərinə əməl olunmasının zəruri olduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin