Ordu.az xəbər verir ki, bunu “Gallup International Association” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan jurnalistlərlə görüşdə deyib.
O, mayın 19-21-də keçirilən telefon sorğusunun nəticələrini təqdim edərək bildirib ki, respondentlərin 59,3%-i seçkilər yaxın bazar günü keçirilsəydi, mütləq səsvermədə iştirak edəcəyini söyləyib. Aprel ayında bu göstərici 51,9% olub.
Sorğuda iştirak edənlərin 14%-i “çox güman iştirak edəcəyəm”, 11,4%-i “çox güman iştirak etməyəcəyəm”, 8,3%-i isə “qətiyyən iştirak etməyəcəyəm” cavabını verib.
Respondentlərin 7%-i isə suala cavab verməkdə çətinlik çəkib.
Telefon sorğusunda ümumilikdə 1102 nəfər iştirak edib.
Alpər Mövludoğlu
Ordu.az