Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub – YENİLƏNİB

2026/05/dfgdf-1779437392.jpg
Oxunub: 793     13:54     22 May 2026    
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəşadət Piriyev dəfn edilib.

Ordu.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bərdə   Şəhid  


Bizi "telegram"da izləyin