Ramil Cahangirov: "Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur"

2026/05/Ekran-1779285523.jpg
Oxunub: 418     10:29     22 May 2026    
Azad edilmiş şəhər və rayonların baş planları mərhələli şəkildə icra olunur.

Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

O bildirib ki, hazırda təqdim edilən yaşayış məntəqələri və tikilmiş evlər həmin layihələrin ilk mərhələləridir:

"Bu mərhələliliyin təmin olunması üçün minatəmizləmə qurumları ilə sıx əməkdaşlıq aparılır: əvvəlcə birinci mərhələ üzrə ərazi təmizlənir, sonra isə tikinti işlərinə başlanılır. Bundan əlavə, söhbət yalnız yaşayış məntəqələrinin təmizlənməsindən getmir. Həmin ərazilər infrastruktur xətləri ilə də əlaqələndirilməlidir. Elektrik, su, qaz, rabitə və internet xətlərinin keçdiyi marşrutlar da mina təhlükəsindən tam azad olunmalıdır. Bu isə ANAMA-nın təkcə şəhərsalma qurumları ilə deyil, həm də kommunal xidmət təminatçıları ilə koordinasiyalı fəaliyyət göstərməsini tələb edir. Nəticədə proses daha mürəkkəb olsa da, daha sistemli və təşkilatlanmış şəkildə həyata keçirilir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ramil-Cahangirov  


Bizi "telegram"da izləyin