Paşinyan: “Başqa casusluq işləri də var, amma baxırıq görək “C klass” casusdur, yoxsa könüllü xidmət edir”

2026/05/1779429147.jpg
Oxunub: 516     10:40     22 May 2026    
“Ölkədə başqa casusluq işləri də mövcuddur və təhlükəsizlik orqanları həmin şəxsləri dərhal saxlamır, çünki əməliyyat maraqları bunu tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də jurnalistlərlə görüşündə bildirib.

O, “Çiçəklənən Ermənistan” Partiyasının siyahısında ikinci yerdə olan Andranik Tevanyan barəsində açılmış cinayət işinə münasibət bildirərkən qeyd edib ki, əməliyyat hissəsini birbaşa Baş nazirə tabe olan Milli Təhlükəsizlik Xidməti həyata keçirib.

“Casusluq işi aşkar ediləndə bunun həm də əməliyyat maraqları olur. Biz indi də başqa casusluq işləri ilə məşğuluq, amma casusları saxlamırıq. Çünki onların əlaqələrini, kimlə işlədiklərini, informasiyanı kimə ötürdüklərini, hansı tapşırıqları aldıqlarını izləyirik”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, casusun dərhal saxlanılması düzgün yanaşma deyil.

“Baxmaq lazımdır ki, hansı partiyanın siyahısına düşür, necə düşür, həmin partiyanın rəhbəri tapşırığı kimdən alır və bu tapşırığın xarici xüsusi xidmət orqanlarından gəldiyini anlayır, ya yox”, - deyə o vurğulayıb.

Paşinyan əlavə edib ki, xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən şəxslər ən azı “C klass” casus hesab oluna bilər.

“İnsan anlayır, ya anlamır, yaxud başa düşmək problemi var, bütün bunlar araşdırılmalıdır”, - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan həmçinin qeyd edib ki, bəzi şəxslərin xaricdə axtarışda olan övladları vasitəsilə onlara təsir göstərilib-göstərilmədiyi də araşdırılır.

“Bu gün də casus olduğunu bildiyimiz şəxslər var. Onlar isə bizim bunu bildiyimizi bilmirlər. Nə vaxt düzgün hesab etsək, həmin vaxt əməliyyat keçirəcəyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin