Tramp Çində səfərdədir

2026/05/1778436283.jpg
Oxunub: 351     16:03     13 May 2026    
ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Səfər çərçivəsində Tramp Çin sədri Si Cinpinlə görüşəcək.

ABŞ liderini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Çin sədrinin müavini Han Çjen qarşılayıb.

Daha əvvəl, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirmişdi ki, İran mövzusu Donald Trumpla Si Cinpin arasında aparılacaq danışıqların əsas mövzularından birinə çevrilə bilər. O əlavə edib ki, Çin müzakirələr çərçivəsində İrana yanaşmasını yenidən nəzərdən keçirə bilər.

Qeyd edək ki, Trampın səfəri mayın 15-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Çin  


Bizi "telegram"da izləyin