Ordu.az xəbər verir ki, bu barədə Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Peter Macarı Macarıstanın baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik edirəm. Avropa Günündə ürəklərimiz Budapeştdədir. Ümid və yenilənmə vədi bu çətin dövrlərdə güclü siqnaldır. Bizi vacib iş gözləyir. Macarıstan və Avropa naminə birlikdə irəliləyirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Peter Macar onun müxalif “Tisa” partiyasının keçmiş baş nazir Viktor Orbanın “Fides” partiyası üzərində seçkilərdə qələbə qazanmasından sonra Macarıstanın baş naziri kimi and içib. Həmçinin ölkənin yeni parlamentinin fəaliyyətinə başlanılıb.
Sevinc Əliyeva
Ordu.az