Quterreş Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsi alqışlayıb

2025/03/1743271658.jpg
Oxunub: 474     20:25     09 May 2026    
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

"Mən atəşkəs elan edilməsini və Ukrayna ilə Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıram. ABŞ-nin razılaşmanın əldə olunmasına dəstək vermək səylərini də yüksək qiymətləndirirəm və onun icrasını tam dəstəkləyirəm.

Mən bir daha nizamnaməyə və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli, davamlı və hərtərəfli sülhə doğru ilk addım kimi dərhal, tam, qeyd-şərtsiz və dayanıqlı atəşkəsə çağırıram", - o bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşi dayandırmaq, həmçinin "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin