Ordu.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirəm ki, Tramp Ukrayna tərəfini intizamlandıracaq”, - deyə Kreml nümayəndəsi qeyd edib.
Uşakovun sözlərinə görə, ABŞ prezidentinin mayın 9-dan 11-dək olan atəşkəsin daha uzun sürəcəyi ilə bağlı ümidi də real vəziyyətə əsaslanmır və Kiyev rejiminin atəşkəs rejimini pozmamaq qabiliyyətsizliyi ilə toqquşur.
“Bəli, əsassızdır [Trampın atəşkəsin uzadılması ilə bağlı ümidi], mən belə deyərdim. Amma insan ümid edir, bəlkə inanır, niyə də yox? Və buna töhfə verir.
Amma bu artıq yalnız ondan deyil, digər iki tərəfdən də asılıdır”, - deyə Uşakov qeyd edib.
Sevinc Əliyeva
Ordu.az