Zelenski: “Bu gün Avropa Günüdür”

2026/04/1777266545.jpg
Oxunub: 395     14:33     09 May 2026    
Ukrayna Prezidenti Vladimir Zelenski mayın 9-da Avropa Günü münasibətilə paylaşım edib.

Ordu.az xəbər verir ki, Zelenski bu barədə öz “Telegram” kanalında yazıb.

“Ukrayna üçün bu, sadəcə formal və ya protokol xarakterli bayram deyil. Biz bunu artıq Avropa ailəsinin ayrılmaz hissəsi olduğumuzu tam dərk edərək qeyd edirik. Ukraynanı, müstəqilliyimizi və gələcəyimizi müdafiə etməklə biz burada həm də öz Avropamızı qoruyuruq. Çünki Ukrayna həmişə onun bir hissəsi olub və olacaq.

Genişmiqyaslı müharibənin ilk günlərindən etibarən Avropa Ukraynanın yanında olub. Bu xeyriyyəçilik deyil, avropalıların möhkəm və güclü insanların yanında olmaq üçün etdiyi şüurlu seçimdir. Ukraynalılar bu gün sülh və diktaturadan uzaq real təhlükəsizlik uğrunda mübarizə aparırlar və bunu yalnız özləri üçün deyil, bütün qitə üçün edirlər.

Biz mütləq dövlətimizi, xalqımızı və gələcəyimizi müstəqil seçmək hüququmuzu qoruyacağıq. Həmin gələcək isə Avropadadır”, - deyə Zelenski qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Avropa  


Bizi "telegram"da izləyin