Paşinyan və Zelenski görüşüb

2026/05/1777902598.jpg
Oxunub: 373     17:48     04 May 2026    
Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edərək qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

“Tərəflər həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə davamlı və uzunmüddətli sülhün təşviqinin vacibliyi xüsusi olaraq qeyd olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zelenski  


Bizi "telegram"da izləyin