Netanyahu SAXAL-a Livanda “Hizbullah” obyektlərinə “güclü zərbə” endirməyi əmr edib

2026/03/1773997644.jpg
Oxunub: 644     23:21     25 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu orduya (SAXAL) Livandakı “Hizbullah” obyektlərinə “güclü zərbə” endirməyi əmr edib.

Ordu.az xəbər verir ki, bu barədə Netanyahunun ofisinin bəyanatında bildirilib.

Bu addım “Hizbullah”ın İsrailin şimal bölgələrinə və Livanın cənubunda yerləşdirilmiş qoşunlara raketlər və pilotsuz uçuş aparatları buraxmasından sonra atılıb.

Livan Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, İsrail hücumları nəticəsində ölənlərin sayı 2 496 nəfərə çatıb, martın 2-də başlayan son müharibə mərhələsinin kəskinləşməsindən etibarən 7 725 nəfər yaralanıb.

Xatırladaq ki, “Hizbullah” İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyinin öldürülməsinə etiraz əlaməti olaraq İsrailə qarşı hücumları yenidən başladıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   SAXAL  


Bizi "telegram"da izləyin