Pakistan və İran regionda sülhün bərqərar olması səylərini müzakirə ediblər

2026/03/1774694352.jpg
Oxunub: 662     23:07     25 Aprel 2026    
Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün bərqərar olması səylərini müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə Pakistanın Baş nazirinin mətbuat xidməti xəbər verib.

"50 dəqiqə davam edən səmimi söhbət zamanı iki lider mövcud regional vəziyyət və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi üçün göstərilən səylər barədə ətraflı fikir mübadiləsi aparıblar", - deyə bildirilib.

Qeyd olunub ki, Ş. Şərif 11-12 aprel 2026-cı il tarixlərində İslamabadda keçirilən danışıqlarda yüksək vəzifəli İran nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərif   Pezeşkian  


Bizi "telegram"da izləyin