Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Şənbə günü səhər tezdən hava limanından Mədinə, Maskat və İstanbul istiqamətləri də daxil olmaqla sərnişin reysləri həyata keçirilib.
Rəsmilər bildiriblər ki, fəaliyyət uğurla başlayıb və yaxın günlərdə uçuşların və istiqamətlərin sayının artması ilə prosesin sürətlənəcəyi gözlənilir.
Eyni zamanda, “Iran Air” aviaşirkəti ölkənin hava məkanının yenidən açılması nəticəsində Mədinə və İstanbul istiqamətlərinə uçuşların bərpa edildiyini açıqlayıb.
Məlumata görə, aviaşirkət yaxın günlərdə Bakı, Nəcəf, Bağdad və Doha istiqamətlərinə də müntəzəm uçuşları yenidən başlatmağı planlaşdırır. Aviasiya qurumları vurğulayıb ki, uçuşların mərhələli şəkildə bərpası operativ planlaşdırmaya uyğun olaraq adi reyslərin tam bərpası məqsədilə həyata keçirilir.
Sevinc Əliyeva
Ordu.az