"İran ABŞ-nin diplomatiyaya keçməyə hazır olduğuna əmin deyil" - Əraqçi

2026/04/1777123576.jpg
Oxunub: 514     21:49     25 Aprel 2026    
İran hələlik ABŞ-nin münaqişələrin həlli üçün yalnız diplomatik vasitələrə etibar etməyə hazır olduğuna tam əmin deyil.

Ordu.az-ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Vaşinqtonun diplomatiyaya doğru nə qədər irəliləməyə hazır olduğunu anlamaq üçün daha çox vaxt lazımdır.

A. Əraqçi həmçinin İslamabada son səfərini məhsuldar adlandırıb və Pakistan tərəfi ilə danışıqlar zamanı İrana qarşı təcavüzə davamlı son qoyulması üçün şərtlərin müzakirə olunduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin