Ordu.az xəbər verir ki, bu barədə Şahbaz Şərif “X” sosial şəbəkəsində yazıb.
“Bu gün İslamabadda İranın xarici işlər naziri, Zati-aliləri Seyid Abbas Əraqçi və onun nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Regiondakı cari vəziyyətlə bağlı çox səmimi və isti söhbət oldu. Qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Pakistan ilə İran arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsini də müzakirə etdik”, - deyə Şərif qeyd edib.
Xatırladaq ki, İran nümayəndə heyəti Pakistana rəsmi səfər edib.
Lakin bir sıra KİV-lərin iddialarının əksinə olaraq, İran ABŞ ilə danışıqlarda iştirak etmək məqsədilə İslamabada getdiyini təkzib edib.
Sevinc Əliyeva
Ordu.az