Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Fidan bildirib ki, Türkiyə demək olar hər gün prosesdə iştirak edən tərəflərlə əlaqə saxlayır və əvvəlcə iki həftəlik müəyyən edilmiş, hazırda isə uzadılmış atəşkəs rejiminə Ankaranın dəstəyini təsdiqləyib.
Cümə günü Londonda, danışıqların mümkün bərpası ərəfəsində çıxış edən Fidan deyib: “Mən hesab edirəm ki, açıq qalan bəzi məsələlər, xüsusilə nüvə dosyesi üzrə problemlər həll oluna bilər.
Biz tərəfləri bu istiqamətdə müsbət töhfə verməyə təşviq etməyə çalışırıq, gücümüz nə qədər imkan verirsə”. O əlavə edib ki, “əgər bu baş versə, əlbəttə, Hörmüz boğazı ilə bağlı problemin də həlli mümkün olacaq”.
Sevinc Əliyeva
Ordu.az