İran ABŞ ilə danışıqlarla bağlı tələblərini Pakistana çatdırıb

2026/03/1773819933.jpg
Oxunub: 463     18:08     25 Aprel 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmilərinə Tehranının danışıqlarla bağlı tələblərini çatdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” pakistanlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İslamabada etdiyi səfər zamanı Əraqçi ABŞ tələbləri ilə bağlı qeyd-şərtlərini də çatdırıb.

Xatırladaq ki, İranın xarici işlər naziri hazırda Pakistandadır.

Daha əvvəl Tehran səfərin məqsədinin ABŞ ilə danışıqlar aparmaq olması ilə bağlı məlumatı təkzib etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan  


Bizi "telegram"da izləyin