İran və Türkiyə ümumi sərhəddə yeni keçid məntəqəsi açıblar

2026/04/1777125628.jpg
Oxunub: 642     18:05     25 Aprel 2026    
İran və Türkiyə ümumi sərhəddə “Gürbulak” keçid məntəqəsini açıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Gözlənilir ki, bu addım ikitərəfli iqtisadi əməkdaşlığı və tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Açılış mərasimi Türkiyə ərazisində İranın Qərbi Azərbaycan ostanının valisi Rza Rəhmaninin, Türkiyənin ticarət naziri Ömər Bolatın və bir sıra iranlı, eləcə də türkiyəli rəsmilərin iştirakı ilə keçirilib.

Yeni keçid məntəqəsi “Bazargan” gömrük terminalının qarşısında yerləşir və İranın ən mühüm tranzit nöqtələrindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə  


Bizi "telegram"da izləyin