Ordu.az xəbər verir ki, bu barədə xarici media UKMTO-ya istinadən məlumat yayıb.
"UKMTO Mareyodan (Somali) 45 dəniz mili (83 km) şimal-şərqdə baş vermiş insident barədə məlumat alıb. Hərbi rəhbərlik naməlum şəxslərin tankeri ələ keçirdiyini və gəmini Somali ərazi sularında 77 dəniz mili (143 km) cənuba doğru apardığını bildirib", - qeyd olunub.
Digər təfərrüatlar açıqlanmır. Gəmilərə ərazidən ehtiyatla keçmək və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur.
Ordu.az