Tramp: "Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir"

2026/04/1777008275.jpg
Oxunub: 438     01:22     25 Aprel 2026    
Ağ Ev administrasiyası Cənubi Qafqaz regionunda davamlı sabitliyə töhfə verir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın "ermənilərin anım günü" münasibətilə Ağ Evin saytında yerləşdirilmiş bəyanatında deyilir.

"Administrasiyam strateji tərəfdaşlığı möhkəmləndirir, erməni xalqına mühüm imkanlar təqdim edir və Cənubi Qafqaz regionunda davamlı sabitliyə töhfə verir", – bəyanatda vurğulanıb.

Qeyd edək ki, Amerika liderinin bəyanatında "soyqırımı" ifadəsi işlədilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin