Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb

2026/06/1781948417.jpg
Oxunub: 200     13:11     20 İyun 2026    
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində yol kənarına yerləşdirilmiş iki bombanın partlaması nəticəsində azı 7 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə Əfqanıstanla sərhədin yaxınlığındakı Bannu dairəsində baş verib. Birinci partlayış nəqliyyat vasitəsinə qarşı yönəldilib. İkinci bomba xilasedicilər hadisə yerinə gəldiyi an işə düşüb.

Vurğulanıb ki, hər iki partlayıcı qurğu məsafədən idarə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin