Sabiq erməni spiker: “Ermənistan geosiyasi toqquşmalar yaşayan dövlətlərin arasına girib xuliqanlıq etməyə, nəsə qapmağa çalışmaq haqqına malik deyil”

2026/04/1776928965.jpg
Oxunub: 345     12:22     23 Aprel 2026    
“Hakimiyyət seçkilərə az qalmış görünməmiş dərəcədə pis, əlverişsiz vəziyyətdədir və bunun açıq təzahürləri var”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, Ermənistan parlamentinin keçmiş sədri Tiqran Torosyan deyib.

Onun sözlərinə görə, panika artıq Nikol Paşinyanın davranışından görünür.

“İnsan artıq tutduğu vəzifənin tələb etdiyi çərçivədə qala bilmirsə, bu, panika deyilsə, bəs nədir? Bundan başqa, vətəndaşların hökumətin fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə etdikləri halların sayı əhəmiyyətli dərəcədə artıb.

Bu gün müxtəlif sosial sorğular göstərir ki, 2021-ci ildən bəri hakimiyyətin reytinqi xeyli aşağı düşüb. Buna görə də bu gün problem artıq hakimiyyət deyil, hakimiyyətin reytinqi çox aşağıdır, problem artıq ondadır ki, müxalif qüvvələr necə işləyəcəklər ki, yekunda parlamentdə səslərin yarısından çoxuna sahib olsunlar. Həmişə gənclərə imkan vermək lazımdır, amma nəsillər arasında bağ qırılmamalıdır. Gənclərin yanında təcrübəli insanlar da olmalıdır.

Müxalifət hakimiyyətin yenidən seşilməsinə imkan verməmək üçün hər şeyi etməlidir, əks halda bu davamlı tənəzzül və fəlakət seçkilərdən sonra aşkar şəkildə davam edə bilər... Əminəm ki, hakimiyyət özünün yenidən seçiləcəyini gözləyir ki, törətdiyi fəlakəti başa çatdırsın”, - deyə Torosyan qeyd edib.

Torosyan bildirib ki, Ermənistan geosiyasi toqquşmalar yaşayan dövlətlərin arasına girib xuliqanlıq etməyə, nəsə qapmağa çalışmaq haqqına malik deyil.

“Bunun qaçılmaz cəzası olacaq. Belə olmaz, belə şey baş vermir. Mayın 4-də Ermənistanda keçirilən Avropa Siyasi Sammitinin heç bir əhəmiyyəti yoxdur. Bu, yaxşı arzular ifadə edən, amma heç bir rıçağı olmayan toplantıdır. Bu toplantını həddən artıq vacibləşdirmək düzgün deyil. Ermənistan vətəndaşları da bunu vacib saymamalıdırlar ki, guya avropalı məmurlar gəldilər və iki gün İrəvanda qaldılar. Təəssüf ki, indiki Avropa rəsmilərinin bilik səviyyəsi çox aşağıdır və onlar çox vaxt elə şeylər deyirlər ki, bu, elə öz ölkələrinin daxilində gülüş doğurur.

Dövlət aparatında işləyən insanlar, prinsiplərinizə xəyanət etməyin, çıxıb getməyin, qalın və işləyin, amma Ermənistan vətəndaşı olaraq öz prinsiplərinizi pozmadan işləyin. Barışmayın, təslim olmayın və alətə çevrilməyin. İnsan səsvermə kabinəsinə girəndə azaddır və təkdir. Səsvermənin kabinələrdə nəzarətdə olduğu yalandır. Bunu hakimiyyət yayır ki, insanları qorxutsun, sıxsın. Öz prinsiplərinizə uyğun səs verin. Pul vacibdir, amma hər şey deyil”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Torosyan  


Bizi "telegram"da izləyin